Ən bahalı saatlar

Ən bahalı saatlarSmart saatlar icad edilsə də, adi qol saatları da müasir dövrdə çəkisini qoruyub saxlamaqdadır. Günümüzdə qol saatları artıq daha çox aksessuar rolunu oynayır, sahibinin statusunu nümayiş etdirir. Bu yazıda ən bahalı 10 saatı sizə təqdim edəcəyik:
"Patek Philippe 1928 Single Button Chronograph" və "Patek Philippe Ref 2499 Eric Clapton" - 3.600.000 dollar
Bu saat modelləri "Patek Philippe" şirkəti tərəfindən buraxılıb. Qiymətləri eynidir. 1928-ci il istehsalı olan xronoqraf 18 karatlıq ağ qızıldan hazırlanıb, 28 qiymətli daşla bəzədilib. "Eric Clapton" modeli isə 2012-ci ildə 3.6 milyon dollara satılıb, ay fazaları göstəricisi və daimi təqvimlə təchiz edilib. Saat bahalı metaldan hazırlanıb və 28 bahalı daşla bəzədilib.
"Patek Philippe Platinum World Time" - 4.000.000 dollar
Qeyd olunan saat ötən əsrin 30-cu illərində hazırlanıb, 1939-cu ildə satışa çıxarılıb.
"Louis Moinet Meteoris" - 4.600.000 dollar
Lui Muane xronoqrafı ixtira edən Fransa rəssamıdır. Muanenin özünün hazırladığı saat dünyanın Luvr, Versal sarayı, Florensiyadakı Palaçço Pitti, Montiçello malikanəsi kimi tanınmış məkanlarında saxlanılır. "Meteoris" saatları Günəş sisteminin fəaliyyətdə olan modelini özündə əks etdirir. Onlar dörd tərəfdən sferblatları Ay, Mars, Merkuri və daha bir neçə asteroiddən olan elementlərlə dekorasiya edilmiş turbiyonla bəzədilib.
"Breguet & Fils Paris 2667 Precision" - 4.680.000 dollar
Bu cib saatları 18 karatlıq qızıldan və platindən hazırlanıb, bahalı daşlarla bəzədilib.
"Patek Philippe Calibre 89" - 5.000.000 dollar
İki sferblatlı bu cib saatı qiymətli metaldan hazırlanıb: sarı, çəhrayı, ağ qızıl və platindən. Ümumilikdə, bu saatdan 4 ədəd hazırlanıb. Hazırlamaq üçün ustaların doqquz il zəhmət sərf etdikləri bu aksessuar 126 qiymətli daşla bəzədilib, 1728 hissədən ibarətdir və 33 funksiyaya malikdir. Unikal saatın çəkisi 1.1 kiloqramdır. Saatın başlıca xüsusiyyətləri ay fazası indikatoru, xronoqraf, termometr, ulduz səması xəritəsindən ibarətdir.
"Patek Philippe Henry Graves Supercomplication - 24.000.000 dollar
Bu saat üç ildən artıq müddətdə dizaynerlər tərəfindən hazırlanıb, ustalar isə beş il ərzində saatın yığımı ilə məşğul olublar. 1930-cu illərdə saat ən qabaqcıl və mürəkkəb saat olub. 18 karatlıq qızıldan hazırlanan bu saat 900 detaldan ibarətdir, 24 funksiya ilə təchiz olunub.
"Chopard 201 Carat" - 25.000.000 dollar
Bu saat müxtəlif ölçüdə və rəngdə olan 800-dən artıq qiymətli daşla bəzədilib. Bu qiymətli daşlar arasında 201 karat ağ və sarı brilyant var.
"Jaeger-LeCoultre Joaillene 101 Manchette" - 26.000.000 dollar
Ağ qızıldan olan qolbaq 576 brilyant və 11 oniks kristalı ilə bəzədilib, sferblat isə sapfirlə örtülüb.
"Breguet Grande Complication Marie-Antoinette" - 30.000.000 dollar
"Breguet" saatlarına hədsiz dəyər verən Fransa kraliçası Mariya-Antuanettanın gizli pərəstişkarı Şirkətə onun üçün xüsusi bir saat hazırlanması sifarişini verib. Lakin təəssüf ki, kraliça onun üçün hazırlanmış, əksər detalları qızıldan olan və çətin funksiyaları ilə seçilən bu möhtəşəm saatı görməyib, belə ki, bu sənət əsəri onun ölümündən 34 il sonra - 1827-ci ildə işlənib başa çatdırılıb.
Uzun illər Qüds muzeylərindən birində saxlanılan möhtəşəm "Breguet" işi 1980-ci illərdə oğurlanıb. Onu yalnız 2000-ci illərdə tapmaq mümkün olub.
"Graff Diamonds Hallucination" - 55.000.000 dollar
Dünyanın ən bahalı saatı platin korpus üzərində 110 karatlıq nadir rəngli brilyantla bəzədilib.

Tarix: 3 may 2021

Xəbərlər

Ağıllı saatların funksiyaları

Müasir dövrümüzün tələblər olunan əşyaları sırasında smart, yəni ağıllı saatlar da var. Bir çox dünya markası öz agilli saat modellərini təqdim edir. Smart saatlarda da ildən-ilə xeyli dəyişikliklər, irəliləyişlər baş verir

Smart saatlar, yoxsa fitness bilərzikləri?

Smart saatlar həyatımızda əvəzolunmaz cihaz halına gəlib. Həm bəylərin, həm xanımların, həm də uşaqların biləklərində ağıllı saatlara rast gəlmək mümkündür. Müasir dövrün ən maraqlı texniki icadlarından olan smart saatla

Qadın saatlarında məşhur markaların reytinqi

Dəbli xanımın hər bir geyimə uyğunlaşdıra biləcəyi saata ehtiyacı var. Dəblə ayaqlaşmağı sevən xanımlar ən son dizayner yeniliklərinə diqqət yetirsələr, yaxşıdır. Qiymətli və qlamur aksessuar sevənlərə isə azqiymətli və qiymətl

Qol saatının xüsusiyyətləri

Qol saatı alarkən bütün detallara fikir vermək lazımdır. Təbii ki, yaxşı keyfiyyətli saatları yaxşı qiymətə almaq mümkündür. Bu mənada, ucuz saatlar istəklərinizə tam olaraq uyğun gəlməyə bilər. Bahalı saatların bir sır

Saatı sol qola taxmaq adəti

Bu gün daha çox kişilər üçün önəmli aksessuar sayılan qol saatları tarixdə ilk dəfə qadınlar üçün istehsal edilib. Birinci Dünya müharibəsindən əvvəl kişilər cib saatlarından istifadə etdiyi üçün qol saatları qadınlar üçü

Kişi qol saatları arasındakı fərqlər

Dövrümüzdə bütün əşyalarda olduğu kimi, qol saatlarında da seçim çoxdur. Hər kəs öz zövqünə və büdcəsinə uyğun saat sifariş verə bilər. Müxtəlif tərzdə və qiymətlərdə onlarla tanınmış model və markanın saatları mövcuddur

Brend saat növləri

Brend saatlar görünüşə əlavə rəng qatan əşyalardır. Bu cür saatlar xüsusilə özünə baxımlı və dəblə ayaqlaşmağı sevən bəylərin və xanımların daha çox axtarış etdiyi sözlərdəndir. Müxtəlif tədbir və ya şad günlərdə səliqəl

Brend saat sifariş edərkən nələrə fikir verilməli?

Saat həyatımızın bir parçasına çevrilən əşyadır. Bəs saat seçərkən nələrə diqqət etmək lazımdır?. Brend saatlar həm qadınların, həm də kişilərin hər tərz geyimlə istifadə etdikləri aksessuardır. Brend saatlar instaqram vasitəsil

Qadın saat Brendləri

Saat insanlar üçün istifadə olunan əsas aksesuarlardan biridir. Zövqlü görünmək , saat almaq asan tapşırıq deyil. Satışda saat göstərən cihazların sayının küllü miqdarda olmasına rəğmən həm tərzli, həm yüksək keyfiyyətli