Brend saat növləri

Brend saat növləriBrend saatlar görünüşə əlavə rəng qatan əşyalardır. Bu cür saatlar xüsusilə özünə baxımlı və dəblə ayaqlaşmağı sevən bəylərin və xanımların daha çox axtarış etdiyi sözlərdəndir. Müxtəlif tədbir və ya şad günlərdə səliqəli və zövqlü geyim tərzini saatla tamamlamaq hər zaman daha yaxşıdır. Zövqlər müxtəlif olduğu kimi, istifadəçilərin saat seçimi də bir o qədər müxtəlifdir. Bir-birindən maraqlı və fərqli brend saat növləri var:
Tissot - Mexanik saat anlayışını texnika ilə birləşdirən Tissot saatları bu gün çox insanın qolunda görülür. Tissot saatları almaq üçün Amerika və Türkiyənin müxtəlif brend saatlar satan onlayn mağazalarından yararlana bilərsiniz.
Rolex - Rolex taxmaq imkanların sonsuz olduğu bir dünyada addımlamaqla eyni mənaya gəlir. Bu brend saatların hekayəsi qurucusu Hans Wilsdorf tərəfindən ilk su keçirməz saat sayılan "Oyster"i yaratmaqla başlayıb. O gündən bəri Rolex kolleksiyası ən nadir saatları istehsal edib.
Swatch - Ernst Thomke və bir neçə mühəndisdən ibarət qrup mexaniki saatlar kimi bir neçə komponentdən ibarət bir saat yerinə, daha az komponentli plastik saat düzəltdilər. 1983- cü ildə istehsal etdikləri bu saatı Swatch adlandırdılar. Swatch qol saatları sektorunda inqilab idi və dünyanı cəlb etməyə və qol saatı sevənlərin zövqlərini dəyişdirməyə başladı.
Fossil - Amerika markası olan Fossil saatlar qol saatı həvəskarlarına keçmişin atmosferini, eləcə də müasir dövrün havasına uyğun nadir modellər təklif edir. Fossil saat 1950-ci illərin retro tərzindən ruhlanaraq kvars mexanizmiylə istehsal olunur.
Casio - Sadəlik Casio saatları dizaynerlərinin həyata keçirdiyi ən böyük prinsipdir. Casio saat Amerikada və Türkiyədə digər lyuks saat firmalarına nisbətən daha əlverişli olduğu üçün geniş yayılmışdır. Casio saatlar həm qadınlar, həm də kişilər üçün uyğundur. G-shock seriyası isə hal-hazırda dünyada çox məşhurdur.
Emporio Armani - Brend saat modelləri içində ən çox tanınan firmalardan biri Emporio Armanidir. Bu marka saat istehsalında çox təcrübəli olmasa da, dizayn mövzusunda diqqətləri cəlb edir. Emporio Armani saatları qadınlar üçün ideal seçimdir. Çünki Emporio Armani saat dizaynına, keyfiyyətinə və görünüşünə görə həmişə fərqlənir.
Michael Kors - Hər mövsümə uyğun saat modelləri ilə seçilən Michael Kors şirkəti sayəsində istehsal edilən saatların estetikayla birləşdirilməsinin ardından müştəriləri məmnun edən nəticələr ortaya çıxmışdır. Trendləri ön plana çıxarmaqla və fərqli dizaynlarla diqqətləri üzərinə çəkən bu brend saatlar xanımların geyimlərini tamamlayan ən vacib aksessuarlardan biridir.
Hublot - Bütün dünyada böyük marağa səbəb olan Hublot saatlarının tarixi 1980-ci illərə təsadüf etdiyi məlumdur. İsveçrənin Nyon şəhərində Carlo Crocco tərəfindən qurulan bir şirkət olaraq tanınan Hublot illərdir popuyarlıq qazanmış və bu gün dünyanın aparıcı saat markalarından birinə çevrilmişdir. Hublot saatları üçün 88 fərqli ölkədən müxtəlif materiallar vasitəsilə istehsal olunduğu bilinir.
Seiko - Dünyada saat deyəndə ağla ilk gələn markalardan biri Seiko firmasıdır. 1881-ci ildə qurulan bu marka bu gün qol saatı həvəskarlarının sevimlisidir.
Omega - Bu brend saat mövzusunda dünyada ən çox tanınan markalardan biridir. Swatch qrupunun üzvü olan bu marka 1842-ci ildən bəri hər mövzuda istəklərin üçün güclü modellər istehsal edir. İllər keçdikcə Swatch markasından ayrı olaraq elit zövqlərə uyğun saatlar istehsal etdi, Omega markasını yaratdı və estetika, keyfiyyət, davamlılığı bütün dünyaya elan etməyə müvəffəq oldu.

Tarix: 2 may 2021

Xəbərlər

Brend saat sifariş edərkən nələrə fikir verilməli?

Saat həyatımızın bir parçasına çevrilən əşyadır. Bəs saat seçərkən nələrə diqqət etmək lazımdır?. Brend saatlar həm qadınların, həm də kişilərin hər tərz geyimlə istifadə etdikləri aksessuardır. Brend saatlar instaqram vasitəsil

Qadın saat Brendləri

Saat insanlar üçün istifadə olunan əsas aksesuarlardan biridir. Zövqlü görünmək , saat almaq asan tapşırıq deyil. Satışda saat göstərən cihazların sayının küllü miqdarda olmasına rəğmən həm tərzli, həm yüksək keyfiyyətli