Qadın saat Brendləri
Saat insanlar üçün istifadə olunan əsas aksesuarlardan biridir. Zövqlü görünmək , saat almaq asan tapşırıq deyil. Satışda saat göstərən cihazların sayının küllü miqdarda olmasına rəğmən həm tərzli, həm yüksək keyfiyyətli, həm də sizin zövqünüzü oxşayacaq və dəyərlərinizə cavab verəcək bir saat seçmək çətinlik yarada bilər. Ən bahalu – brendlərdən ən müasir markalara qədər bu saatların hər biri dizayner işi olmaqla, saat istehsalında dəb diktə etməyə müəssər olmuşdur. Aşağıda sizə top dizayner saatlarının listini təqdim edirik, hər bir ledi bu saatları bilməlidir.
CHANEL
Chanel-in inanılmaz tərzi və keyfiyyəti onun yaratdığı geyim və libasların nəzdində aksessuarlara da sirayət edib. Dəb-dəbəli saat markaları adətən çox füsunkar və həyretləndirici olur, xərclənmiş hər bir qəpiyin haqqını artıqlaması ilə verirlər.
GUCCİ
Söhbət aksessuarlardan gedirsə, Gucci nə etdiyini, heç şübhəsiz ki, çox yaxşı bilir. Gucci sadəcə sevdiyimiz çanta brendi deyil. O, həm də vaz keçilməz saatların yaradıcısıdır. Dəbi qabaqlayan, göstərişli saatlar istehsal edir.
COACH
Biləyinizi bəzəmək üçün trenddə olan bir qol saatı axtarışındasınız? Amerikan ikonik dəb markası, Coach sizin ehtiyacınız olana sahibdir. Brend son dövrlərdə özünü yenidən yaradıb. Öz ənənəvi köklərinə sadiq qalsa da, gənclərə xitab edən müasir saatlar yaratmağı hədəfləyib.
VERSACE
Əgər biləyində əsl qadın zərafət və zərgərlik nümunəsi olan bir incəsənət əsəri daşımaq istəyirsənsə – onda sənin seçimin Versace olmalıdır. İtalyan dəb markasının dizaynerlərinin yaratdığı bu saatlar sözün hər mənasında zamana meydan oxuyur, ecazkarlığı sayəsində qarşısıalınmaz bir cazibəyə sahibdirlər.
EMPORİO ARMANİ
Emporio Armani-nin italyan dəsti xətti özünün markanın saat kolleksiyasında da mükəmməlliklə büruzə verir. Beləliklə, siz marka dizaynlarından birini satın aldığınız zaman, sadəcə bir saat əldə etmirsiniz, həm də özündə gündəlik nəciblik havası daşıyan, zamana tabe olmayan, misilsiz bir aksessuar əldə etmiş olursunuz.
BURBERRY
Satışda çoxsaylı dizayner saatları olsa da, Burberry özünəməxsusluğu ilə seçilir və ən yaxşılardandır. Britaniya markasının zaman cihazları elə onun libasları kimi gözəl və dəblidir, olduqca yüksək keyfiyyətlə hazırlanıb.
MARC JACOBS
Ətirlərdə olduğu kimi, Marc Jacob saatları da son illərdə olduqca populyarlıq qazanıb. Trenddə olan brend fərqli, iddialı, müasir görünüşlü saatlar ilə diqqətləri özünə cəlb edir.
MİCHAEL KORS
Dizayn markası Michael Kors sadəcə gözəl geyim və çanta istehsalı ilə kifayətlənmir. Dəbdəbəli aksessuar istehsalında ixtisaslaşmış marka, müasir qadının zərafətini və lütfkarlığını əks etdirən saat dizaynları ilə gündəmdədir.
CHRİSTİAN DİOR
Qoluna taxdığı saatın sadəcə zaman pərgarı deyil, həm də lüks bir bəzək əşyası olmasını istəyən xanımlardansızsa, onda Dior saatlarından yan keçə bilməyəcəksiniz. Qlamur olduğu qədər təmtəraqlıdır, markanın saat kolleksiyası içərisində qüsursuz və unudulmaz dizaynlar vardir.
JUST CAVALLİ
Italyan qlamuru özünü sadəcə libaslarda göstərmir. Just Cavalli sübut edir ki, ölkənin cəsur və şəhvətli estetikası saatlarda da özünü çox gözəl doğrulda bilər.
KENZO
Siyahımızda yer əlan növbəti dəbdəbəli fransız markası – oynaq, cəsarətli və etirazsız füsünkar estetikası ilə tanınır. Gözqamaşdıran rənglər, brendin ənənəvi pələng motivləri və bütünlüklə həyəcanlandırıcı zahiri görünüş bu dizayner markasına məxsus saaatların əsas xüsusiyyələridir.
DKNY
Özündə Nyu-York əhvalı daşıyır, DKNY saatları klassik eleqantlığın müasir minimalizmlə gözəl ahəngidir. Nəticədə, markanın saatları hər biri bir sənət parçasıdır və istənilən geyim tərzi ilə uyğunlaşdırıla bilər.
FURLA
Bənzərsiz və tərz kəmərlər, həmçinin unikal korpuslar Furla markasını saat dizaynerlərinin ümmanında ön plana çıxarır. İkiqat bilərziklərdən parça qolbaqlara qədər bu marka italyan qlamurunu və göstərişini gündəlik həyata daşımağı əla bacarır.
FENDİ
Sözün hər mənasında ən dəbli saatlardır, axı ikonik italyan moda evindən başqa nə gözləmək olar ki? Fendi saat kolleksiyasına ən müasir dizayn əsərləri daxildir.
GİVENCHY
Fransız moda evi Givenchy gerçək gözəlliyi necə yaratmalı olduğunu yaxşı bilir və xanımlar üçün hazırladığı saat kolleksiyası ilə dizayn sərrafı olduğunnu bir daha sübut edir.
BOSS
Biləyinizdə səliqəli şəkildə öz yerini tutmuş BOSS saatları ilə özünüzü boss kimi hiss edəcəksiniz. Təmtəraqlı saatlara aid olsa da, məntiqi qiymətə təklif olunur, ofis və işgüzar ortamlar üçün əla seçimdir.
DİESEL
Brend öz məşhurluğunu sadəcə Denim çəkmələrinə borclu deyil, belə ki, Diesel xanımlar üçün, cəsur olduğu qədər də gözəl saat modelləri yaratmışdır. Markanın saat kolleksiyasında istər iddialı, istər də ecazkar saatlar çoxdur.
GUESS
Saatlarla məftunedici görünüş bəxş etmək elə də asan deyil amma Guess bu konseptin öhdəsindən məharətlə gələ bilib. Cəsur dəb brendi valehedici dizayna malik saatlar təqdim edir. Kiçik toxunuşlar ilə tərzinizi vurğulamaq istəyirsinizsə, bu markaya mütləq müraciət edin.
CALVİN KLEİN
Razıyam ki, Calvin Klein deyərkən ağıla ilk gələn heç də qadın qol saatları deyil, halbuki trendin çox tərz və eleqant saatları vardır. Hətta bu saatlar müəyyən mənada dəbi qabaqlayır və zamana meydan oxuyur.
ANNE KLEİN
Anne Klein öz innovattiv dəb markasını 1968-ci ildə yaradıb. Bu gün brendə Şaron Lombardo rəhbərlik etsə də, şirkət xanımlar üçün gözəl məhsullar, o cümlədən ciddi düşünülmüş saat çeşidləri yaratmaqda davam edir.
TOMMY HİLFİGER
Tommy Hilfiger ən məşhur amerikan dəb brendlərindən biridir və marka, qadın saatları kimi incə və müşkül bir işin öhdəsindən çox böyük məharətlə gəlir. Brend klassik tərzin gündəlik həyatın hər bir anına uyğunlaşdırılması üzərində səylə çalışır.