Dünyanın ən nadir saatları

Dünyanın ən nadir saatlarıBu yazıda dünyanın ən nadir və bahalı saatlarından bəhs edəcəyik...
Richard Mille 50-03 McLaren F1 - 2,33 milyon AZN
Daily Mail nəşri yazır ki, İspaniyanın İbiza adasında oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının qiyməti 2,33 milyon manat olub. Məlumata görə, həmin saatın dünyada cəmi 75 ədədi mövcuddur. "50-03 McLaren F1" modeli dünyanın ən yüngül saatı adlandırılır. Onun kəmərlə birlikdə çəkisi 38 qram təşkil edir.
Breguet Grande Complication Marie-Antoinette - 54,19 milyon AZN
Bu saat tarixi dəyərinə görə xüsusi yer qazanıb. Onun qiyməti 54,19 milyon manatdır. Bu saatı 1783-cü ildə Fransa kraliçası Marie Antoinette sevgilisi - əfsanəvi usta Abraham-Louis Breguet-ə sifariş etmişdi. O, buraxılanda ən qabaqcıl mexaniki saat hesab olunurdu. Hazırda saat İsraildə, L.A Mayer adına İslam incəsənəti muzeyində saxlanılır.
"Graff Diamonds Hallucination" - 93,78 milyon AZN
"Graff Diamonds Hallucination" saatının astronomik qiyməti xüsusi mexanizmindən daha çox özünün zərgərlik dəyərilə izah oluna bilər. Platindən hazırlanan qolbaq əlvan brilyantlarla bəzədilib. Bu əsərin hazırlanmasına minlərlə saat vaxt sərf olunub. O, ilk dəfə Baselworld-2014 sərgisində nümayiş etdirilib. "Bu saat mənim brilyant arzumu çin etdi", - saatı hazırlayan Graff Diamonds şirkətinin başçısı Laurence Graff deyib.
"Patek Philippe Ref. 1518" - 19,25 milyon AZN
2016-cı ildə "Patek Philippe Ref. 1518" saatı İsveçrədə keçirilən Geneva Watch Auction hərracında 11 milyon isveçrə frankına (19,25 milyon AZN ) satılıb. Dünyada bu saatın cəmi 4 nüsxəsi mövcuddur. "Ref. 1518" İsveçrənin Patek Philippe şirkəti tərəfindən istehsal edilən polad bağlı və daimi təqvimli ilk seriyalı modeli olub.
Louis Moinet Meteoris - 8,184 milyon AZN
Qiyməti 4,8 milyon dollar olan bu saatın siferblatında, yəni rəqəmlər olan üz lövhəciyin altında əsl meteorit daşından istifadə olunub. Nadir saat yalnız dörd nüsxədə buraxılıb.
Franck Muller Aeternitas Mega 4 - 3,89 milyon AZN
Aeternitas Mega 4 saatının mexanizmi 1,483 tərkib elementi bir araya gətirir. O, ən mürəkkəb mexanizmlərdən biri ilə təchiz olunub. Saatın təqvimi min ili əhatə edir.

Tarix: 5 may 2021

Xəbərlər

Huawei smart saatları

Çin mənşəli texnologiya brendi olan Huawei 2012-ci ildən dünyanın ən böyük şəbəkə və telekommunikasiya qurğuları istehsalçısı olaraq tanınır. Smartfonlar, kompüterlər, planşet, sənaye məhsulları və elektron aksesuarlarda

İdmançılar üçün "Nixon Mission" saatı

"Nixon" şirkətinin idmançılar və eksteremal istirahət həvəskarları üçün təqdim etdiyi "Mission" smart saatları snoubordçluara, sörferlərə və dalğıclara da uyğundur. Qacet zərbəyədavamlı germetik quruluş

Saat seçərkən nələr nəzərə alınmalıdır?

Texnologiyanın inkişafı ilə istifadə etdiyimiz bütün elektron cihazlar ağıllı alqoritmlərə sahibdir. Bu inkişafın son üzvü olan saat modelləri qısa müddət ərzində bir çox insan tərəfindən istifadə olunmağa başladı. Zövql

Kişilərin daha çox axtardığı saatlar

Kişi üçün saatlar xüsusilə özünə baxımlı və dəblə ayaqlaşmağı sevən bəylərin daha çox axtarış etdiyi sözlərdəndir. Müxtəlif tədbir və ya şad günlərdə səliqəli və zövqlü geyim tərzini saatla tamamlamaq hər zaman daha yaxşıdır

Brend saatlar hansı şüşədən istifadə edir?

Yalnızca saatın gözəlliyi deyil, onun keyfiyyəti və qiyməti də saatın korpusunun materialından aslıdır. Məsələn, Çində çox sayda istehsal olunan alüminium saatlar var. Təbii ki, bu material korpus üçün ideal deyil. Çünk

Hərraclarda satılan ən bahalı qol saatları

Saatlar aksesuar aləminin ən vacib detallarındandır. Bəziləri bunu zamanı dəyərli keçirmək üçün xatırladıcı vasitə hesab edir. Digərləri saatdan istifadəni daha dəqiq şəxs olduğunu göstərməyə işarə simvolu kimi bildirir

Xanımlar hansı saatı seçməli?

Müasir dövrdə "saat neçədir" sualına cavab tapmaq üçün mobil telefona baxmaq bəs edir. Lakin bu və digər yeniliklərə baxmayaraq, qol saatları dəqiq vaxtı müəyyənləşdirmək üçün ən məşhur vasitədir və yalnız aksessua

Yüksək dəqiqliyə malik kvars saatları

Qol saatı hər geyimə uyğun gələn, heç vaxt dəbdən düşməyən, lazımlı aksessuardır. Qadın və kişi saatları sahiblərinin xasiyyətini və xarizmasını mükəmməl şəkildə vurğulayan xronometrlərdir. Mexanizmin enerji aldığı mənbəy

Qadınlar üçün ən yaxşı rəqəmsal saatlar

Rəqəmsal saatlar daim yolda olan qadınlar üçün idealdır. Onlar yalnız funksional deyil, həm də super görünürlər. Timex Ironman Classic. Timex Ironman Classic kobud istifadə üçün fantastikdir. Yəni ehtiyatlı davrana bilməyə