Hərraclarda satılan ən bahalı qol saatları
Saatlar aksesuar aləminin ən vacib detallarındandır. Bəziləri bunu zamanı dəyərli keçirmək üçün xatırladıcı vasitə hesab edir. Digərləri saatdan istifadəni daha dəqiq şəxs olduğunu göstərməyə işarə simvolu kimi bildirir. Saatlara dünyanın sərvəti qədər pullar xərcləyənlər kifayət qədərdir. Bu yazıda hərraclarda satılan ən bahalı saatları təqdim edəcəyik.
10. Patek Philippe Ref. 1526
1949-cu ildə istehsal edilmiş, paslanmayan poladdan hazırlanan və Ayın fazalarını göstərən bu saat amerikalı sahibkar və avtomobil yarışçısı Briggs Cunningham-a məxsus idi. Saat 2008-ci ildə Christie's Cenevrədə 3 milyon 956 min 159 dollara satılıb.
9. Patek Philippe Ref. 2458
Platin saniyəölçəni, Guillaume rəqqası, brilyant qaşları olan bu qol saatı J.B.Champion adlı vəkilə məxsus idi. 2012-ci ildə Cenevrədə 3 milyon 992 min 858 dollara satılıb.
8. Xüsusi hazırlanmış Patek Philippe 18K Minute Repeater
1895-cü ildə hazırlanan 18 karatlıq qızıl saat 20-ci əsrin ən yaxşı saat kolleksiyaçısı Henry Graves Jr-a aiddir. 1928-ci ildə Gravese satılan və Gravesin "Esse Quam Videri" sloqanını qazanmış saat 2019-cu ildə 4 milyon 607 min 396 dollara satılıb.
7. Rolex Ref. 6062 "Bao Dai"
Almazlarla bəzədilmiş, Ayın fazalarını göstərən 18 karat qızıl qutu saat 1954-cü ildə Vyetnamın son imperatoruna aid idi. 2017-ci ildə 5 milyon 60 min 427 dollara satılıb.
6. Patek Philippe Ref. 1527
18 karatlıq qızıl qutuya, davamlı təqvim və Ay fazaları göstəricisi olan xronoqrafa sahib olan saat 1943-cü ildə istehsal edilib. 2010-cu ildə Christies Genevada 5 milyon 708 min 885 dollara satılıb.
5. Rolex Cosmograph Daytona Ref. 6265 "The Unicorn"
18 karatlıq ağ qızıl qutuya, qara rəngli xüsusi hazırlanmış xronoqrafa malik saat 1970-ci ildə istehsal edilmişdir. 2018-ci ildə 5 milyon 936 min 906 dollara satılıb.
4. Patek Philippe Ref. 2523
18k qızıl qutuya, 24 saat göstəricisinə sahib xüsusi hazırlanmış saat 1953-cü ildə istehsal edilmişdir. "Nəfəs alacaq dərəcədə nadir" olaraq xarakterizə edilən saat 2019-cu ildə Christ’s Hong Kongda 9 milyon 8,885 dollara satılıb.
3. Patek Philippe Ref. 1518 Perpetual Calendar Chronograph
Cenevrədəki Patek Philippe Muzeyində belə tapılmayan bu nadir xronoqraf saatı paslanmayan poladdan hazırlanmış qutuya və davamlı bir təqvimə sahibdir. Saat 2016-cı ildə "Phillips Geneva Watch Auction: FOUR"da 11 milyon 112 min dollara satılıb.
2. Rolex Ref. 6239 "Paul Newman" Cosmograph Daytona
Paslanmayan poladdan hazırlanmış xronoqraf çərçivəyə malikdir. Saat 1968-ci ildə Joanne Woodward tərəfindən motosiklet yarışçısı Paul Newmana hədiyyə olaraq alınıb. 2017-ci ildə New Yorkda təşkil olunan "Phillips Winning Icons"da 17 milyon 752 min 500 dollara satılıb.
1. Patek Philippe Ref. 6300A-010 Grandmaster Chime
Daha əvvəl bəhs etdiyimiz bu saat Patek Philippenin 175 illik yubileyi üçün hazırlanmışdır. Saat paslanmayan poladdan düzəldilib və eyni zamanda iki fərqli vaxt zonasını göstərə bilir. 31 milyon dollara satılıb.