Huawei smart saatları

Huawei smart saatlarıÇin mənşəli texnologiya brendi olan Huawei 2012-ci ildən dünyanın ən böyük şəbəkə və telekommunikasiya qurğuları istehsalçısı olaraq tanınır. Smartfonlar, kompüterlər, planşet, sənaye məhsulları və elektron aksesuarlardan sonra təsirini smart saatlarda da hiss etdirən marka Azərbaycan bazarına sürətlə daxil oldu. Müxtəlif zövqə sahib olan müştərilər üçün hazırlanmış ağıllı saatları ilə məşhur olan Huawei funksional, zövqlü və texnoloji dizaynlara imza atır. Bir saatın zərifliyi ilə hazırlanmış və köməkçi vəzifəsini yerinə yetirən bu qurğular gündəlik həyatın proqramlanmasından, idman göstəricilərinə qədər bir çox şəxsi məlumatları idarə edə bilir.
Smart saatlar və qolbaqlar bədən sağlamlığına əhəmiyyət verən, çəkisini balansda saxlayan və gündəlik məşqlərini pozmayan bütün istifadəçilər üçün bir məşqçi rolunu oynayır. Bədən hərəkəti başlayan kimi fiziki məlumatları qeyd edən məhsullar keçmiş məlumatları və cari göstəriciləri müqayisə edə, mükafat təyin edə və fəaliyyətinizi sosial media hesablarınızdan paylaşmağı təmin edə bilər. Huawei smartwatch modellərindəki real vaxt məşqçisi, istifadəçini fəaliyyətini yaxşılaşdırmaq üçün həvəsləndirir və istiqamətləndirir. Ürək döyüntüsünü izləyən cihaz, hansı idman növündə və ya məşq fəaliyyətinizdə nə qədər çətinlik çəkdiyinizi, nə qədər kalori itirdiyinizi bildirə bilər. Bundan əlavə, idmana motivasiya qatan ünsürlərdən biri olan musiqini də Huawei brendi unutmayıb. Saatın sahib olduğu oflayn musiqi xüsusiyyəti ilə sevdiyiniz mahnılara qulaq asmaq mümkündür.
İkiqat AMOLED ekran və yüngül dizayn ilə bu saat klasslığı və sadəliyi özündə birləşdirir. Keramika və paslanmayan poladın mükəmməl uyumunu kəşf etməyə hazır olun. Özündə ikili çip arxitekturası və aşağı güc istehsakı sistemini birləşdirən HUAWEI WATCH GT uzun müddətli enerji saxlamasını təmin edir ki, buna görə də siz istədiyiniz hər yerə rahat formada gedə bilirsiniz.
HUAWEI TruSeen 3.0 ürək döyüntüsü monitorinqi texnologiyası daha effektiv və dəqiq olaraq real vaxtda sizin ürək döyüntünüzü özünün innovativ sensorları və alqoritmləri sayəsində ölçür.
HUAWEI WATCH GT dünya miqyasında daha dəqiq, sürətli və düzgün yer təhlili aparmaq üçün 3 Peykli Yerləşdirmə Sistemini (GPS, GLONASS, GALILEO) dəstəkləyir.
HUAWEI WATCH GT ilə fit qalmaq sizə real vaxtda məşq barəsində təlimatlar və vaxt-hərəkət effektli rəy verməklə birlikdə qabaqcıl qaçış kurslarına giriş üçün məşqçilik təmin edəcək.
İçəri, çöl və məşq fəaliyyətləri üçün bir neçə idman növləri rejimi HUAWEI WATCH GT ilə mümkündür.
HUAWEI TruSleep ™ 2.0 ümumi yuxu problemlərini müəyyənləşdirir və daha yaxşı yatmağınız üçün 200-dən çox potensial təkliflər təqdim edir.
Addımlarınızı, oturma və hərəkətdə olma vəziyyətinizi hesablamaq üçün əla seçimdir. Hər hansı ismarışların, telefon zənglərinin, alarmların bildirişi artıq sadəcə sizin biləyinizdədir.

Tarix: 5 may 2021

Xəbərlər

İdmançılar üçün "Nixon Mission" saatı

"Nixon" şirkətinin idmançılar və eksteremal istirahət həvəskarları üçün təqdim etdiyi "Mission" smart saatları snoubordçluara, sörferlərə və dalğıclara da uyğundur. Qacet zərbəyədavamlı germetik quruluş

Saat seçərkən nələr nəzərə alınmalıdır?

Texnologiyanın inkişafı ilə istifadə etdiyimiz bütün elektron cihazlar ağıllı alqoritmlərə sahibdir. Bu inkişafın son üzvü olan saat modelləri qısa müddət ərzində bir çox insan tərəfindən istifadə olunmağa başladı. Zövql

Kişilərin daha çox axtardığı saatlar

Kişi üçün saatlar xüsusilə özünə baxımlı və dəblə ayaqlaşmağı sevən bəylərin daha çox axtarış etdiyi sözlərdəndir. Müxtəlif tədbir və ya şad günlərdə səliqəli və zövqlü geyim tərzini saatla tamamlamaq hər zaman daha yaxşıdır

Brend saatlar hansı şüşədən istifadə edir?

Yalnızca saatın gözəlliyi deyil, onun keyfiyyəti və qiyməti də saatın korpusunun materialından aslıdır. Məsələn, Çində çox sayda istehsal olunan alüminium saatlar var. Təbii ki, bu material korpus üçün ideal deyil. Çünk

Hərraclarda satılan ən bahalı qol saatları

Saatlar aksesuar aləminin ən vacib detallarındandır. Bəziləri bunu zamanı dəyərli keçirmək üçün xatırladıcı vasitə hesab edir. Digərləri saatdan istifadəni daha dəqiq şəxs olduğunu göstərməyə işarə simvolu kimi bildirir

Xanımlar hansı saatı seçməli?

Müasir dövrdə "saat neçədir" sualına cavab tapmaq üçün mobil telefona baxmaq bəs edir. Lakin bu və digər yeniliklərə baxmayaraq, qol saatları dəqiq vaxtı müəyyənləşdirmək üçün ən məşhur vasitədir və yalnız aksessua

Yüksək dəqiqliyə malik kvars saatları

Qol saatı hər geyimə uyğun gələn, heç vaxt dəbdən düşməyən, lazımlı aksessuardır. Qadın və kişi saatları sahiblərinin xasiyyətini və xarizmasını mükəmməl şəkildə vurğulayan xronometrlərdir. Mexanizmin enerji aldığı mənbəy

Qadınlar üçün ən yaxşı rəqəmsal saatlar

Rəqəmsal saatlar daim yolda olan qadınlar üçün idealdır. Onlar yalnız funksional deyil, həm də super görünürlər. Timex Ironman Classic. Timex Ironman Classic kobud istifadə üçün fantastikdir. Yəni ehtiyatlı davrana bilməyə

Ən yaxşı smart saatlar

Ağıllı saatı daim biləyinizdə daşımaq asandır. O, bir çox xüsusiyyəti ilə həyatınızı asanlaşdırır. Ancaq bazarda o qədər seçim var ki, smart saat alarkən düzgün seçim etmək lazımdır. Tezliklə ağıllı saat almağı planlaşdırırsınızsa