Kişilərin daha çox axtardığı saatlar
Kişi üçün saatlar xüsusilə özünə baxımlı və dəblə ayaqlaşmağı sevən bəylərin daha çox axtarış etdiyi sözlərdəndir. Müxtəlif tədbir və ya şad günlərdə səliqəli və zövqlü geyim tərzini saatla tamamlamaq hər zaman daha yaxşıdır. Zövqlər müxtəlif olduğu kimi, istifadəçilərin saat seçimi də bir o qədər müxtəlifdir. Lakin çox zaman zövqümüzcə olan və almağı düşündüyümüz saat modelinin qiyməti ilə maraqlandıqda qarşımıza büdcəmizi aşan qiymətlər çıxır. Bu səbəbdən bir çox istifadəçi vizual cəhətdən estetik görünsə də, qeyri-orijinal olan məhsullara üz tutur və nəticədə qısa müddətdə məhsulda problemlər yaranmağa başlayır.
Son illərdə smart saatların meydana çıxması ilə saat bazarında rəqabət bir qədər də güclənib. Bəziləri klassik saatlara üstünlük verdiyi halda, smart saatları üstün tutanlar da az deyil. Xüsusilə, gənclər bu tip saatlara pul xərcləməyi daha düzgün hesab edirlər. Smart saatlar genişləndirilmiş funksiyaları ilə kompüterləşdirilmiş qol saatlarıdır. Belə saatlar vaxtı əks etdirməkdən başqa kalkulyator, media pleyer, tərcüməçi və digər funksiyaları özündə daşıyır.
Bir çox modellər kənar əlavələri dəstəkləyir və mobil əməliyyat sistemi ilə idarə olunur. Bir çox modelin köməyi ilə mobil zəngləri qəbul etmək, sms-lərə və elektron məktublara cavab vermək olur. Bəzi smart saatlar smartfonlarla bərabər işləyir və yeni bildirişlərin daxil olması barədə sahibini xəbərdar edən köməkçi ekran rolunu oynayır.
Saatlar özlərində kamera, akselerometr, termometr, barometr, kompas, xronoqraf, kalkulyator, mobil telefon, sensor ekran, GPS-naviqator, dinamik, planlaşdırıcı və başqa funksiyaları cəmləşdirir. Bəzi saatlar idman təqibi funksiyasına sahibdir. Belə modellər məşq, marşrutun izlənməsi, ürək döyüntüsünü izləyən, addım ölçmək üçün proqramları dəstəkləyə bilir.
Smart saatlar xarici və ya quraşdırılmış sensorlardan istifadə edərək məlumat toplaya bilər. Digər alətlər və ya kompüterlərlə məlumatları idarə edə və ya qəbul edə bilirlər. Onlar adətən Bluetooth, Wi-Fi və GPS kimi kabelsiz texnologiyaları dəstəkləyirlər.
Brend saatlar hansı şüşədən istifadə edir?
Yalnızca saatın gözəlliyi deyil, onun keyfiyyəti və qiyməti də saatın korpusunun materialından aslıdır. Məsələn, Çində çox sayda istehsal olunan alüminium saatlar var. Təbii ki, bu material korpus üçün ideal deyil. Çünk
Hərraclarda satılan ən bahalı qol saatları
Saatlar aksesuar aləminin ən vacib detallarındandır. Bəziləri bunu zamanı dəyərli keçirmək üçün xatırladıcı vasitə hesab edir. Digərləri saatdan istifadəni daha dəqiq şəxs olduğunu göstərməyə işarə simvolu kimi bildirir
Xanımlar hansı saatı seçməli?
Müasir dövrdə "saat neçədir" sualına cavab tapmaq üçün mobil telefona baxmaq bəs edir. Lakin bu və digər yeniliklərə baxmayaraq, qol saatları dəqiq vaxtı müəyyənləşdirmək üçün ən məşhur vasitədir və yalnız aksessua
Yüksək dəqiqliyə malik kvars saatları
Qol saatı hər geyimə uyğun gələn, heç vaxt dəbdən düşməyən, lazımlı aksessuardır. Qadın və kişi saatları sahiblərinin xasiyyətini və xarizmasını mükəmməl şəkildə vurğulayan xronometrlərdir. Mexanizmin enerji aldığı mənbəy
Qadınlar üçün ən yaxşı rəqəmsal saatlar
Rəqəmsal saatlar daim yolda olan qadınlar üçün idealdır. Onlar yalnız funksional deyil, həm də super görünürlər. Timex Ironman Classic. Timex Ironman Classic kobud istifadə üçün fantastikdir. Yəni ehtiyatlı davrana bilməyə
Ən yaxşı smart saatlar
Ağıllı saatı daim biləyinizdə daşımaq asandır. O, bir çox xüsusiyyəti ilə həyatınızı asanlaşdırır. Ancaq bazarda o qədər seçim var ki, smart saat alarkən düzgün seçim etmək lazımdır. Tezliklə ağıllı saat almağı planlaşdırırsınızsa
Yaponiya və ABŞ saatları
Yapon saatları dəqiqlik və digər parametrlər baxımından yüksək keyfiyyətli İsveçrə saatlarından geri qalmır. Hazırda Yaponiya saat sənayesinin yüksək keyfiyyətli məhsulları, klassik texnologiyaların yenilikçi inkişaflarl
Mexanik və kvars saatların fərqləri
Kvars (elektron) və mexaniki xronometrlər arasındakı əsas fərq saat mexanizminin işləməsini təmin etmək üçün tam olaraq enerji mənbəyi kimi istifadə olunduğu şeydir. Mexanik modellərdə mexanizmin işləməsi dişli kənarı ola
Ən bahalı saatlar
Smart saatlar icad edilsə də, adi qol saatları da müasir dövrdə çəkisini qoruyub saxlamaqdadır. Günümüzdə qol saatları artıq daha çox aksessuar rolunu oynayır, sahibinin statusunu nümayiş etdirir. Bu yazıda ən bahalı 10 saat