2021-ci ildə dəbdə olan smart saatlar
2021-ci ildə ən dəbdə olan smart saat modellərini sizə təqdim edirik:
Zeblaze Vibe 5 Multi Sport Smart
Smart saatlar siyahımızdakı ən keyfiyyətli saatlardan biri olan Zeblaze Vibe 5 böyük 1,3 düym ekrana, suya davamlı xüsusiyyətə, uzunmüddətli batareyaya və nəbz sensoruna sahibdir.
Tsmart Twatch
Yaşlılar üçün istehsal olunan bu smart saat üstün xüsusiyyətləri ilə sizə çox kömək edəcək. 1.54 düym ekrana, böyük mətnə və qarşılıqlı danışıq xüsusiyyətinə sahib Tsmart Twatch-in ən böyük funksiyası bir düşmə aşkar edildikdə sizə bildiriş mesajı göndərməkdir. Xatırlatma xüsusiyyəti sayəsində insana gün ərzində qəbul edilməsi lazım olan dərmanları xatırladır.
Angel Eye H1
Şıq və sadə bir görünüşə sahib olan Angel Eye H1 qızıl və qümüş rəngli modellərə sahibdir. OLED ekranlı Angel Eye H1-in ekran ölçüsü 0,42 düymdür. Bundan əlavə, cihaz 300 mAh batareya həcminə malikdir.
Asus Zenwatch
Asus smart saat bazarının təmsilçisi olan Zenwatch öz dizaynı ilə fərqlənir. Polad gövdəsi italyan dizaynerlərin imzasını daşıyır. Qualcomm Snapdragon 400 - 1.2 GHz prosessoru, 500 MB Ram və 4 GB daxili yaddaş ilə saat digər smart saatlara bənzər sensorlara malikdir. Bu saatı fərqli edən bəzi xüsusi tətbiqetmələrdir.
Motorola 360
Motorola-nın smart saatlarda ilk dəfə yuvarlaq dizayndan istifadə edərək fərq yaratdığı göz qabağındadır. Ekrandakı işıq sensoru ilə ətrafdakı işıq şərtlərinə uyğun olaraq ekran parlaqlığını tənzimləyə bilər. 512 MB RAM və 4 GB yaddaş təklif edən saatın sağlamlıq və fitness tətbiqetmələrində uğurlu performansı nəzərə çarpır.
Smart Balance
Qadınların üstünlük verdiyi Smart Balance saatı pedometrə, android və ios cihazlarına uyğun bluetooth-a və digər bir çox xüsusiyyətə malikdir. Şıq və zərif dizaynı var.
Sony Smartwatch 3
Sony bu bazarda digərlərindən daha təcrübəlidir. Smart saatların üçüncü nəsli olan Smartwatch 3 daxili GPS antenası və xüsusi fitness tətbiqləri ilə seçilir. Snapdragon 400 - 1.2 GHz prosessor və 512 MB Ram ilə oxşar xüsusiyyətləri təklif edən saat suya davamlıdır. 2 günədək enerji saxlayır.
Samsung Galaxy Watch Active Gt2
Gün ərzində sağlamlıq dostunuz olacaq Samsung Galaxy Active Watch Gt2, istifadəçilərinə fərqli görünüşlərdə tədim edilir. Samsung Galaxy Watch Active Gt2 ekran təcrübəsindən maksimum dərəcədə istifadə edə və klassik sağlamlıq müayinələrini tamamilə həyata keçirə bilər. 50 metrə qədər suya davamlı olan saatın 4 Gb daxili yaddaşı var.
LG G Watch R
LG G Watch R-ni normal saatlarla yan-yana qoyanda fərqləndirmək çətindir. Moto 360-a görə dizayn səviyyəsinin daha yüksək olduğunu deyə bilərik. 1.2 GHz prosessor və 512 MB Ram təklif edən saat daxili barometrə sahibdir.
Apple Watch 4
Çarpıcı yeni ekran və elektrokardioqram xüsusiyyətinə sahib Apple Watch 4 dizaynı ilə də fərqlənir. Apple Watch 4 iki ölçüdə mövcuddur. Bunlar 40 və 44 mm-dir. 18 saata qədər batareya saxlayır. 16 GB daxili yaddaşa sahib olan saat 50 metr dərinliyə qədər suya davamlı xüsusiyyətə də malikdir.