Smart saat həvəskarları üçün 7 seçim
Qol saatları artıq yalnız vaxt göstərmək funksiyası üçün alınmır. İndi qol saatları geyim tərzini tamamlayan əvəzsiz bir aksessuara çevrilib. Bir çox markanın istehsalı olan, qadınlar, kişilər və uşaqlar tərəfindən istifadə olunan saatlar üçün geniş seçim çeşidi mövcuddur. Smart saatlar isə müasir dövrün son texnologiyaları sırasındadır. Gündən-günə smart saatlara olan tələbat artır. Təqdim edəcəyimiz modellər smart saat həvəskarlarının ən çox seçdikləri saatlardandır.
Xiaomi Amazfit Bip
Saat əsas idman məlumatları ilə təmin etmək xüsusiyyətinə sahibdir. İnanılmaz görünsə də, 30 günədək enerji saxlayır. Bildirişləri azaltdıqda bu müddət 45 günə qədər arta bilər. IP 68 seriyalı toz və su keçirməz saat ən mükəmməl saatlardandır.
SmartWatch A1
Saat A1 ürək ritmi ölçmə, yandırılan kalorini hesablama və addım sayma kimi özəlliklərə sahibdir. 3 gün enerji saxlayır. SmartWatch A1 3 saat danışmaq prosesinə malikdir. Saat sim kart və yaddaş kartıyla təchiz olunub.
Honor Watch GT2 Classic
Honor-un smart saat modellərindən biri olan Watch GT2-yə maraq böyükdür. Sukeçirməz olan Honor Watch GT2-də türkcə servis və xidmətlər var. Smart saatda stress səviyyəsi ölçən, kalori izləmə, musiqi pleyeri, telefon zəngi kimi bir çox xüsusiyyət var. Cihazın ekran ölçüsü 1,39 düymdür.
Haylou LS 01
Gözəl dizayna sahib smart saat 1,3 ölçülü LCD ekrana sahibdir. Qayışını asanlıqla çıxarıb taxmaq olur. Haylou LS 01 210 mAh həcmli batareyaya sahibdir. Bunun sayəsində 14 gün enerji saxlaya bilir. 9 fərqli idman rejimini dəstəkləyən saat IP 68 seriyalıdır, toz və su keçirmir.
Gate T500
Kalori izləmə, siqnalizasiya, multisport rejimi, məsafə ölçmə cihazı kimi xüsusiyyətlərə sahib olan Gate T500 ən yaxşı smart saatlardandır. Gate T500 1.54 düym ekrana sahibdir.
Alcatech Eos Td-07s
WiFi, Bluetooth və kamera fotoşəkil xüsusiyyətlərinə sahib smart saat 15 nəfərlik etibarlı bələdçi, naməlum nömrələri bloklamaq kimi təhlükəsizlik tədbirlərinə də malikdir. Suya davamlı smart saat olan bu model toxunma ekranına sahibdir. 2 günədək enerji saxlayır.
Smartbell Bell Q500
Uşaqlarınız üçün ideal olan Smart Bell Q500 saatı kameralıdır. İstədiyiniz yerdə uşağınızı izləməyə imkan yaradır. Övladınızın olduğu yeri görmək imkanı yaradan ağıllı saat mesaj qəbul etmə və göndərmə, sim kart girişi və 450 mah batareyaya sahibdir.