Ən keyfiyyətli smart saat modelləri

Ən keyfiyyətli smart saat modelləriTexnologiyanın inkişafı ilə saatlar da dəyişməyə başladı. Sahib olduğu xüsusiyyətləri ilə göz oxşayan smart saatlar tədricən həyatımızın bir parçasına çevrilir. Səsli axtarış etməkdən nəbzimizi ölçməyə qədər bir çox özəlliklərə sahib smart saatların qiymətləri fərqlidir. Maraqlı dizayna, yüksək keyfiyyətə sahib olan ağıllı saatları siz də əldə edə bilərsiniz.
Samsung Galaxy Watch
Saatın 46mm və 42mm olmaqla iki növü var. 46mm versiyası 4 günədək enerji saxlayır. Samsung Galaxy Watch eyni marka telefon işlədənlərin ən sevimli saatıdır. Həm Android, həm də iOS əsaslı saatda 40-a qədər məşq proqramı var.
Apple Watch Series 5
iPhone istifadəçiləri üçün ən ideal saatdır. Saatın boz, gümüşü və qızılı olmaqla 3 rəngi var. Olduqca geniş ekranı sayəsində istədiyiniz məlumatları oxumağınızı təmin edən smart saat 40mm və 44mm olmaqla 2 növdədir. Saatla ürəyin EKG-sini çəkmək mümkündür.
Honor Watch Magic 2
İdmançıların sevdiyi, olduqca şıq görünüşlü saat gün ərzində orqanizminizi izləməyə kömək edəcək. Yandırdığınız kalorini, sürətinizi və nəbzinizi qeydə alan saat su keçirmir. Dənizdə, hovuzda da taxmaq olar. Saat GPS-lə təmin olunub. 2 həftəyədək enerji saxlayır.
Fitbit Versa 2
Qiymət və keyfiyyət baxımından ən yaxşı saatlardan olan Fitbit Versa 2 maraqlı dizayna malikdir. Ekranın davamlı olaraq açıq qalması sayəsində idman edərkən lazımi məlumatları anındaca oxuya bilərsiniz. Saat Alexa ilə eynilik təşkil edir.
Honor Watch Magic
Paslanmayan materialdan hazırlanan Honor Watch Magic smart saatının xarici gövdəsi neylon plastikdən hazırlanıb. Saatın qayışlarını zövqə uyğun dəyişmək mümkündür. 7 günə qədər enerji saxlayan saatı 10 dəqiqə enerjiyə qoşub gün boyu istifadə etmək olar. Saat 9,8 mm qalınlığındadır və 50 metr dərinliyədək suya davamlıdır.
Huawei Watch GT 2
Metal və qayış növləri olan smart saatla stress səviyyənizi ölçə bilərsiniz. Sukeçirməz saatdakı səsgücləndirici sayəsində musiqi dinləmək olar. Bluetooth bağlantısına sahibdir. İdman etdiyiniz zaman sizi lazımi məlumatlarla təmin edəcək. Gün ərzində neçə addım atdığınızı saatın vasitəsilə öyrənə bilərsiniz.
Xiaomi Amazfit Pace 2
Smart saat addım saymaq, ürək ritmini ölçmək, yuxu təqibi kimi 11 fərqli xüsusiyyətə malikdir. 280 mAh batareyası sayəsində 5 günə qədər enerji saxlayan saat 1 saata tam enerji yığır. Kimyəvi təsirlərə, zərbəyə qarşı dayanıqlı karbon fiber əsaslı polikarbonat gövdəyə və cızılmayan sərt şüşəyə sahib saatı illərlə işlətmək olar.

Tarix: 10 may 2021

Xəbərlər

Müxtəlif zövqlərə uyğun brend saatlar

Xanımların ehtiyat etmədən ala və güvənə biləcəyi saat brendlərini təqdim edirik:. Michael Kors Slim Runway. Xüsusi saat taxmaq arzusunda olan xanımlar bu istəklərini məhz Michael Kors Slim Runway ilə gerçəkləşdirə bilərlər

Xanımları zərif göstərəcək 5 saat

Qol saatları sizi zərif və peşəkar göstərə, eyni zamanda dəqiq olmağınıza kömək edə bilər. Ancaq məqsədinizə xidmət edən, həmçinin qəşəng görünən ideal saatı seçmək asan deyil. Xüsusən, xanımlar seçim məsələsində tərəddü

Ən yaxşı saatı necə seçmək olar?

Bir adamın ən az üç cüt saatı olmalıdır: xüsusi hallar, təsadüfi və idman geyimi ilə birlikdə istifadə üçün. Mütəxəssislər fərqli markalardan fərqli hallar üçün saatlar almağı məsləhət görürlər, çünki əksər istehsalçıları

İsveçrə saatları

Qol saatının istehsalı insanların tez və rahat şəkildə zamandan anlayışının olması üçün nəzərdə tutulmuşdur. Zamanla inkişaf etdirilən bu sektorda istehsal olunan məhsullara xüsusi formalar və dizaynlar verilərək insanları

Dünyanın ən nadir saatları

Bu yazıda dünyanın ən nadir və bahalı saatlarından bəhs edəcəyik. Richard Mille 50-03 McLaren F1 - 2,33 milyon AZN. Daily Mail nəşri yazır ki, İspaniyanın İbiza adasında oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının qiymət

Huawei smart saatları

Çin mənşəli texnologiya brendi olan Huawei 2012-ci ildən dünyanın ən böyük şəbəkə və telekommunikasiya qurğuları istehsalçısı olaraq tanınır. Smartfonlar, kompüterlər, planşet, sənaye məhsulları və elektron aksesuarlarda

İdmançılar üçün "Nixon Mission" saatı

"Nixon" şirkətinin idmançılar və eksteremal istirahət həvəskarları üçün təqdim etdiyi "Mission" smart saatları snoubordçluara, sörferlərə və dalğıclara da uyğundur. Qacet zərbəyədavamlı germetik quruluş

Saat seçərkən nələr nəzərə alınmalıdır?

Texnologiyanın inkişafı ilə istifadə etdiyimiz bütün elektron cihazlar ağıllı alqoritmlərə sahibdir. Bu inkişafın son üzvü olan saat modelləri qısa müddət ərzində bir çox insan tərəfindən istifadə olunmağa başladı. Zövql

Kişilərin daha çox axtardığı saatlar

Kişi üçün saatlar xüsusilə özünə baxımlı və dəblə ayaqlaşmağı sevən bəylərin daha çox axtarış etdiyi sözlərdəndir. Müxtəlif tədbir və ya şad günlərdə səliqəli və zövqlü geyim tərzini saatla tamamlamaq hər zaman daha yaxşıdır